Sosial şəbəkədə biz:

Sabirabad sakini çəkiclə 7 yaşlı oğlunu öldürüb

29 March 2017, 10:20
Gündəm
Sabirabadda dəhşətli qətl törədilib. Qətl hadisəsi Sabirabad rayonunun Ulacalı kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1987-ci il təvəllüdlü Röyal Şakir oğlu Məmmədov 7 yaşlı oğlunu baş nahiyəsindən çəkiclə vuraraq qətlə yetirib. Röyal Məmmədov polis tərəfindən saxlanılıb. Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. (APA)