Sosial şəbəkədə biz:

Şəmkirdə mənzil partladı: xəsarət alan var – VİDEO

30 March 2017, 12:33
Gündəm
Şəmkir rayonu Kür qəsəbəsində mənzildə partlayış baş verib. ARB TV xəbər verir ki, hadisə Cahan Hacıyevə məxsus evdə qeydə alınıb. Ümumi sahəsi 50 m² olan birmərtəbəli 3 otaqlı tikilinin qapı və pəncərələri sınıb. Hadisə zamanı evdə olan Gülnarə Hacıyeva əl və üz nahiyəsindən yanıq xəsarəti alıb. Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən qadının vəziyyəti orta-ağırdır.