Sosial şəbəkədə biz:

Qadın “Park Bulvar”dan paltar oğurladı, tutuldu

30 March 2017, 13:44
Gündəm
Bakıda mağazalardan birindən oğurluq edən qadın saxlanılıb. “Qafqazinfo” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, martın 27-də Səbail rayonu ərazisində yerləşən "Park Bulvar" ticarət mərkəzindəki mağazalardan birindən geyim əşyaları oğurlanıb. Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Balakən rayon sakini Nərmin Dibirova saxlanılıb.