Sosial şəbəkədə biz:

YAP Daşkəsən rayon təşkilatı ilk partiya təşkilatlarında yığıncaq keçirilib

31 March 2017, 00:50
Gündəm
YAP Daşkəsən rayon təşkilatının Meşə Mühafizəsi və Bərpası Müəssisəsi və Yaşıllaşdırma idarəsi ərazi ilk partiya təşkilatlarında yığıncaq keçirilmişdir. Yığıncaqlarda YAP Daşkəsən rayon təşkilatı Aparatının rəhbəri Sərdar Xıdırov və Gənclər Birliyinin sədri Elşən Alıyev iştirak etmişlər. Yığıncaqlarda çıxış edən natiqlər bildirmişlər ki, respublikamızın hər yerində olduğu kimi, Daşkəsən rayonunda da bütün sahələrdə dinamik inkişaf vardır. 28 mart 2017-ci il tarixdə Saatlı rayonunda ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə cari ildə ümumdaxili məhsul istehsalında aqrar sahənin mühüm yer tutduğu bildirilmişdir. Pambıqçılığın əvvəlki şöhrətinin özünə qaytarılacağı, ağ qızılın ölkəmizə əlavə valyuta gətirəcəyini qeyd etmişlər. Daşkəsən rayonu sənaye rayonu olmaqla yanaşı eyni zamanda, rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Ölkədə aparılan aqrar islahatların həyata keçirilməsi nəticəsində torpağın və əmlakın xüsusi mülkiyyətə verilməsi, torpaq istifadəçilərinin əkiləcək kənd təsərrüfatı bitkilərini özləri müəyyən etmələri bu sahədə marağın artmasına səbəb olmuşdur. Rayonumuzda tərəvəzliçiliyin xüsusilə də kartofçuluq və heyvandarlığın inkişafı təmin edilmişdir. Bu istiqamətdə davamlı işlər aparılmaqdadır. Çıxış edənlər həmçinin 1918-ci ilin mart hadisələrini ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin növbəti mərhələsi olduğunu qeyd etmişlər. Həmin vaxt xalqımıza qarşı bu soyqırımını həyata keçirmək üçün təxminən 7 min erməni əsgəri Bakıya gətirilmişdir. Bundan başqa, “Qırmızı Qvardiya” adı altında yaradılan 10-12 minlik ordunun 70 faizindən çoxunu məhz ermənilər təşkil edirdilər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Azərbaycan xalqı illərlə, bəlkə də, əsrlərlə haqsızlıqlarla üzləşib. Amma bu gün ölkəmizə, millətimizə, ərazi bütövlüyümüzə qarşı olan bütün hədələri qarşılamağa, onlara layiqli cavab verməyə gücümüz var. Bu gücün əsasında isə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən başlanan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən, yalnız milli mənafeyə xidmət edən siyasət dayanır. Sonda hər iki ərazi ilk partiya təşkilatında bir qrup gəncə və qadına Yeni Azərbaycan Partiyasının üzlük vəsiqələri təqdim olunmuşdur. Azinforum.az