Sosial şəbəkədə biz:

Səidədən bu dəfə virtual əxlaqsızlıq- “Pula satılan fahişələr...”

Müğənni Səidə Sultan “Space” kanalında işlətdiyi biabırçı ifadələri bu dəfə sosial şəbəkələrdə təkrarlayıb. “Qafqazinfo” xəbər verir ki, o bu barədə instagram hesabında yazıb, daha doğrusu, növbəti əxlaqsız fikirlərini paylaşıb: “Mən bir şeyi başa düşə bilmirəm. O tərbiyədən, qeyrətdən danışanlar bəsdirin də. Elə ən böyük əxlaqsız, cındır da sizsiniz. Çünki sizin kimilər əxlaqdan danışır. Kimdə nə yoxdur, ondan danışır. Özü də maskalanıb, min hoqqa çıxardan binamuslar. Demişəm cıraram? Əcəb eləmişəm, demişəm. Nə oldu pula satılan fahişələr, başqalarına gücünüz çatmadı? Bilin və agah olun, mən bu Səidəyəm. Məni Allahdan başqa heç kim dəyişə bilməz. O ki qaldı qullara, Allah pis insanların bəlasını versin. Amin! Bu mübarizədir, axıra qədər aparacam və heç kimə əyilməyəcəm! Mən Səidəyəm! Mənim sənətimi heç kəs almayıb, ala da bilməz. O yol  kəsənlər qoy yolumu kəsməkdə olsunlar. Kimə xoş deyil, baxmasın. O xalq, xalq deyənlər də dilini qoysun qarınlarına, xalqı təhqir edən olmayıb. Belə xalq dərdi çəkən çaqqallara desələr ki, Qarabağı almaq lazımdır, qaçıb arvad tumanı altında gizlənəcəklər. Məni mən kimi sevənləri də çoxlu-çoxlu öpürəm”. "Qafqazinfo" müğənninin işlətdiyi bəzi ifadələrin həddindən artıq vulqar olduğunu nəzərə alaraq ixtisar edib.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol