Nigar Yaqublu: “Düşünürdüm ki, Nərgizdən sonra yəqin atamı həbsxanaya qaytarmazlar”
“Nərgizin oğlu bir az böyüyəndən sonra yay aylarında bura gələr...” Müsavat başqanının müavini, hazırda həbsdə olan Tofiq Yaqublunun ailəsində matəm əhvalı davam edir. Qızı Nərgiz Yaqublunun vaxtsız ölümü həm siyasi məhbusu, həm də ailənin digər üzvlərini pərişan edib. Ailə toparlana bilmir, T.Yaqublunun böyük qızı, keçmiş siyasi məhbus olan Nigarın sosial şəbəkədəki statuslarında isə bu itki hər gün daha ağrılı şəkildə özünü göstərir. Musavat.com Nigarla itirdiyi bacısı, onun oğlu, Tofiq bəyin durumu barədə qısaca söhbətləşdi. - Nigar, necədir vəziyyətin, halın-əhvalın? Sosial şəbəkədən izlədiklərimdən görürəm: Nərgizli statuslarının arası kəsilmir... Yazmaq azaldırmı ağrılarını? - Elə bir vəziyyətdir ki, adam “necəsən” sualına cavab verə bilmir. Nərgizsiz həyatımız çox pərişandır. Onun yoxluğuna bir türlü inana bilmirəm. Bəzən fikirlərimi facebookda paylaşıram. Bu bir az məni sakitləşdirir. Elə bilirəm ki, Nərgiz yazdıqlarımı görür. Onun üçün necə darıxdığımı hiss edir. - Maya xala necədir? Rəhimin universitetə hazırlığı nə yerdədir? - Ananın durumu isə daha pərişandır. Övlad itkisini yaşamaq ona ən böyük zərbə oldu. Bəzən öz-özünə deyir ki, kaş, o da həbs olunardı. Bilərdim ki, müəyyən dönəmdən sonra geri qayıdacaq. Amma reallıq...... Qardaşın Rəhimə gəlincə, bu ayın 25-i universitetə qəbul imtahanı verəcək. Onun universitetə hazırlıq illəri çox gərgin və stressli keçdi. Ancaq həyat davam edir. O da bir məslək sahibi olmalıdır. - Nərgizin oğlundan xəbər ala bilirsizmi? Uşağı yanınızda saxlamaqla bağlı atası ilə danışığınız olubmu?
“Düşünürdüm ki, Nərgizdən sonra yəqin atamı həbsxanaya qaytarmazlar” |