Sosial şəbəkədə biz:

Gürcüstanın xarici borcu 15 milyardı keçdi

01 April 2017, 15:23
Gündəm
Gürcüstanın ümumi xarici borcu 2016-cı ildə 15,5 milyard dollar olub. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan Mərkəzi Bankı yayıb. Gürcüstanın borcu onun ümumdaxili məhsulunun 108,2%-ni təşkil edib. Dövlətin xarici borcu 6,6 milyard dollardır. Bu borcdan (dövlətin borcundan – red.) 4,7 milyard dolları hökumət sektoruna, 200,3 milyon dolları Mərkəzi Bankın payına düşür. Bank sektorunun xarici borcu isə 3,1 milyard, digər sektorların borcu 5,1 milyard dollar təşkil edib. Üstəlik, şirkətlər arasında borc 2,4 milyard dollar olub. Ölkənin xarici borcunun 93,7%-i xarici valyutayladır.