Sosial şəbəkədə biz:

Ermənilərin 2017-ci ildəki itkiləri – SİYAHI

01 April 2017, 23:03
Gündəm
2017-ci ilin yanvarından bu günə qədər (aprelin 1-dək) Ermənistan ordusu müxtəlif döyüş şəraitlərində itkilərə məruz qalıb. Fevral-mart aylarında daha çox itki verən işğalçı Ermənistan ordusu növbəti dəfə mətbuat vasitəsilə daxili auditoriyanı aldatmağa hesablanan siyahı tərtib edib. Belə ki, erməni mətbuatı 7 müqaviləli, 7-i isə müddətli olmaqla 14 hərbi qulluqçusunun ölməsi haqqında həqiqəti əks etdirməyən məlumat yayıb. İddia olunub ki, onlardan yalnız 7-si Azərbaycan ordusu tərəfindən məhv edilib: Qarik Vardanyan Arayik Sarqsyan Andranik Musikyan Karen Ulubabyan Şavarş Qalstyan Qor Qareqinyan Qeğam Manukyan Qareqin Minasyan Qareqin Arqamyan Lernik Osyan Qor Xudinyan Nver Babacanyan Ardak Rafaelyan Qor Hovhannisyan Qeyd edək ki, düşmən cari ildəki döyüş itkilərini şmol qazından zəhərlənmə, hərbi nəqliyyat vasitələrinin dərəyə yuvarlanması, qəlpə yarası, hərbi hissə şəraitlərində naməlum ölümlərlə əlaqələndirərək ordumuz tərəfindən istər aprel döyüşlərində, istərsə də hazırkı döyüş əməliyyatlarında məhv edilən yüzlərlə cəsədi daxili cəmiyyətindən gizlədir.  (AzVision.az)