Sosial şəbəkədə biz:

ADİU-da imtahanları saxtalaşdıran şəbəkə ifşa olundu - İDDİA

03 April 2017, 10:01
Gündəm
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) elektron test imtahanını saxtalaşdıran və tələbələrə pul müqabilində əlavə bal verən şəbəkə ifşa olunub. "Ölkə.Az"-ın ADİU-dakı mənbədən əldə etdiyi məlumata görə, sözügedən şəbəkənin 4-5 nəfərlik üzvü tələbələrə pul müqabilində əlavə bal yazırmış. Onlar ADİU-nun əməkdaşları olub. Hadisədən xəbər tutan ADİU-nun rektoru Әdalət Muradov qanunsuz əməllərə yol verən şəxsləri işdən qovub.