Sosial şəbəkədə biz:

Metroda partlayış zamanı yaralananlar arasında azərbaycanlı da var

03 April 2017, 21:48
Gündəm
Rusiyanın Sankt-Peterburq şəhərində, metroda baş verən partlayış nəticəsində yaralananlar arasında azərbaycanlı da var. İstiPress-in “Life.ru”ya istinadən verdiyi xəbərə görə, tibbi xidmət əməkdaşları partlayış nəticəsində xəsarət alanların ilkin siyahısını dərc edib. Həmin siyahıya əsasən yaralılar arasında bir nəfər azərbaycanlı da var. O, 28 yaşlı Zaur Vəliyevdir.