Sosial şəbəkədə biz:

Bakıda Novruz tonqalı "Formula 1" trekini korladı

05 April 2017, 14:37
Gündəm
Bakıda Novruz bayramı ərəfəsində Qoşa Qala qapısı ətrafında keçirilən tədbirlər "Formula 1" trekinə müəyyən təhlükə yaradıb. Musavat.com xəbər verir ki, bunu Formula 1-in tikinti işləri üzrə rəhbəri Tom Butçer deyib: "Bayram şənlikləri zamanı trekin Qoşa Qala qapısının yanından keçən hissəsində tonqal qalanmışdı. Burada tonqal qalanacağını nəzərə almamışdıq. Hər birimiz, o cümlədən Bakı sakinləri "Formula 1" trekini yarışa hazır vəziyyətdə saxlamalıyıq". O həmçinin bildirib ki, yarışla bağlı tikinti işlərinə artıq start verilib: "Biz tikinti işlərini şəhər sakinlərinə və qonaqlara maneçilik törətmədən aparmağa çalışırıq. Artıq tribunaların quraşdırılmasına başlanılıb. Hazırda "Abşeron" və "Xəzər" tribunaları quraşdırılır, eləcə də digər tribunaların quraşdırılması davam etdirilir".