Sosial şəbəkədə biz:

Məmmədyarov Daşkəndə getmədi, müavinini göndərdi

06 April 2017, 11:52
Gündəm
Azərbaycanı Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının iclasında xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib. Aprelin 7-də Daşkənddə keçiriləcək iclas MDB-nin Dövlət və Hökumət başçıları şuralarının iclaslarına əsas hazırlıq mərhələlərindən biridir. İclasın gündəliyinə 16 sənəd layihəsinin müzakirəsi daxildir. İştirakçılar, həmçinin regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi, ticati-iqtisadi və mədəni-humanitar əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər.