İtaliya məhkəməsi TAP borusunun tikintisini dayandırıb
İtaliyanın Lazio Regional İnzibati Məhkəməsi Trans Adriatik Borusunun (TAP) keçəcəyi yerdə zeytun ağaclarının kəsilməsi üçün ekologiya nazirliyinin verdiyi icazəni dayandırıb, İtaliyanın ANSA xəbər agentliyi bildirib.
İcazənin dayandırılması Pugli regional hökumətinin şikayətinə dair aprelin 19-a təyin edilmiş məhkəmə iclasına qədər qüvvədə olacaq, xəbərdə deyilir. TAP-ın keçəcəyi Puglia rayonunun Melendugno bölgəsində zeytun ağaclarının kəsilməsinə qarşı böyük etiraz aksiyalarının keçirildiyi deyilir.
TAP borusunun Albaniya hissəsində tikinti üçün gətirilən boru hissələri