Sosial şəbəkədə biz:

Azərbaycanda Rusiya sərmayəli 700-dək müəssisə fəaliyyət göstərir

06 April 2017, 22:55
Gündəm
İndiyədək Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard dollar, Rusiya tərəfindən isə Azərbaycan iqtisadiyyatına 3 milyard dollar sərmayə yatırılıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Sankt-Peterburqda Azərbaycan və Rusiyanın Sankt-Peterburq hökuməti arasında iqtisadi və humanitar əməkdaşlıq komissiyasının ilk iclasında bildirib. Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün 50-dən çoxu iqtisadi sahəyə aid olmaqla 170-dən çox sənəd imzalanıb. “Azərbaycanda Rusiya sərmayəli 700-dək müəssisə fəaliyyət göstərir. 2016-cı ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 10,5 faiz artmaqla 2 milyard dollar təşkil edib. Rusiya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir”,-  Sahib Məmmədov qeyd edib.