Sosial şəbəkədə biz:

“ABŞ İŞİD-in yanındadır” - Cavad Zərif

07 April 2017, 22:17
Gündəm
“ABŞ 80-ci illərdə İraqın keçmiş lideri Səddam Hüseynin İrana qarşı kimyəvi silahdan istifadə etməsinə şərait yaratdı. ABŞ əvvəllər Əl Qaidənin yanında idi. İndi isə İŞİD-in yanında olduğunu göstərdi”. Bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib. İranın xarici işlər naziri bildirib ki, bu ölkə 2003-cü ildə İraqa, növbəti dəfə isə Suriyaya “kimyəvi silahdan istifadə olunması” bəhanəsi ilə hücum etdi. Qeyd edək ki, ABŞ Suriyanın Şayrat aviabazasını bombardman edib. (Modern.az)