Sosial şəbəkədə biz:

"Azərişıq"dan işıqsız qalan ərazilərlə bağlı — AÇIQLAMA

09 April 2017, 11:59
Gündəm
Dünən Qazax rayonunda güclü külək səbəbindən elektrik enerjisinin verilməsi dayandırılmışdı. "Azərişıq" ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev qafqazinfo-ya açıqlamasında bildirib ki, gecə güclü külək və qasırğa nəticəsində bəzi Qərb rayonlarında baş verən qəzalar qurumun əməkdaşları tərəfindən operativ şəkildə aradan qaldırılıb. "Hazırda bütün ölkə ərazisində elektrik enerjisi təchizatı normaldır. Heç yerdə problem yoxdur", - deyə T. Mustafayev qeyd edib.