Sosial şəbəkədə biz:

Rusiya Türkiyəyə çarter reyslərini qadağan edə bilər

10 April 2017, 20:57
Gündəm
Rusiyadan Türkiyəyə çarter uçuşları dayandırıla bilər. “Qafqazinfo”nun verdiyi məlumata görə, “Rosaviasiya” bununla bağlı Rusiya hava şirkətlərinə xəbərdarlıq göndərib. Qeyd olunur ki, çarter uçuşları Türkiyədəki mürəkkəb siyasi vəziyyətlə bağlı ola bilər. Xatırladaq ki, Rusiya bundan öncə Türkiyəyə çarter uçuşlarına qoyulan qadağanı 2016-cı il avqustunda ləğv etmişdi.