Rusiyadan vacib Türkiyə açıqlaması
Türkiyə Suriya ilə sərhədini gücləndirmək üçün ciddi tədbirlər görüb. Kreml bunu təqdirlə qarşılayır. Türkiyə bu barədə Rusiya Xarici İşlər nazirliyinin rəsmisi Dmitri Feoktistov açıqlama verib.
“Rəsmi Ankara, Suriya-Türkiyə sərhədindəki keçid məntəqələrini gücləndirmək üçün ciddi tədbirlər görüb. Bu, əcnəbi döyüşçülərin sərhədi keçməsinin qarşısını alır. Moskva bunları qeydə alır və alqışlayır” – Rusiya rəsmisi bildirib. (Sputnik)