Sosial şəbəkədə biz:

51 yaşlı kişini döyə-döyə öldürdülər – Masazırda

11 April 2017, 11:18
Gündəm
Abşeron rayonunda üzərində xəsarətlər olan kişi meyiti tapılıb. Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Masazır qəsəbəsində üzərində döyülmə əlamətləri olan kişi meyiti aşkar edilib. Araşdırmalar zamanı meyit tapılan şəxsin, rayon sakini, 1966-cı il təvəllüdlü Tapdıq Əzizağa oğlu Məmiyev olduğu müəyyən edilib. Hadisənin motivi hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.