Sosial şəbəkədə biz:

Bakıda sağlamlıq mərkəzinin qarşısında kütləvi dava düşüb, 2 nəfər bıçaqlanıb - VİDEO

11 April 2017, 12:37
Gündəm
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnmiş kütləvi dava olub. “Report”un xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, Asif Məhərrəmov küçəsində 4 nəfər arasında kütləvi dava baş verib. Nəticədə 1990-cı il təvəllüdlü Həsənov Xansu və 1988-ci il təvəllüdlü Səbuhi Ağayev bıçaqlanıb. X.Həsənov çoxlu qan itirdiyindən yaxınlıqda yerləşən M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir. S.Ağayev isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Qeyd edək ki, hadisə "Edem" sağlamlıq mərkəzinin qarşısında baş verib. Hadisə zamanı mərkəzə məxsus plafon qırılıb.