Sosial şəbəkədə biz:

FETÖ ilə əlaqədə şübhəli bilinən daha 2 general həbs olundu

11 April 2017, 12:50
Gündəm
Türkiyənin Malatya bölgəsində keçirilən əməliyyat nəticəsində keçmiş iki general Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinərək həbs olunub. “Report” xəbər verir ki, həbs edilənlərdən biri keçmiş ordu qərargah rəisi, general-mayor Avni Angun, o biri isə ordu qərargah rəisinin 2-ci müavini, briqada generalı Ersin Yıldırımdır. 2016-cı il iyulun 15-də dövlət çevirilişinə cəhddə şübhəli bilinən keçmiş ordu generalı Adem Huduti ilə birlikdə 26 şübhəlinin məhkəməsi davam edir.