Sosial şəbəkədə biz:

Əhmədinejad prezidentliyə namizədliyini irəli sürdü

12 April 2017, 13:45
Gündəm
İranın sabiq prezidenti Mahmud Əhmədinejad yenidən prezidentliyə namizədliyini irəli sürüb. Ali lider ayətullah Xamenei Əhmədinejada namizədliyini irəli sürməməyi məsləhət görsə də, keçmiş prezident bu gün sabiq vitse-prezident Həmid Bəqayi ilə birlikdə namizədlərin qeydiyyatı idarəsinə gedib və namizədliyini irəli sürüb. M. Əhmədinejad jurnalistlərə açıqlamasında bildirib ki, ali liderə verdiyi sözün üstündə dayanır: "Mən cənab Bəqayiyə dəstək olmaq üçün namizədliyimi vermişəm". APA-nın "namizədliyinizi geri götürəcəksinizmi" sualına keçmiş prezident belə cavab verib: "Hələlik məlum deyil nə baş verəcək. Gözləmək lazımdır". Qeyd edək ki, M. Əhmədinejad daha öncə seçkilərdə H. Bəqayini dəstəkləyəcəyini açıqlamışdı.