Sosial şəbəkədə biz:

Xoşqədəmlə Doğuş qız övladı istəyir - “Süni mayalanma ilə edəcəyik”

12 April 2017, 13:32
Gündəm
Türkiyəli müğənni Doğuş UçanKuş TV-də yayımlanan “Gece Kuşu” verilişinin qonağı olub.  “Qafqazinfo” xəbər verir ki, 2014-cü ildə Xoşqədəm Baxşəliyeva ilə evlənən sənətçi maraqlı açıqlama verib. Doğuş oğlan əkizlərindən sonra qız övladının dünyaya gəlməyini istəyir: “Qız övladı istəyirik. Bunu açıq ürəklə deyirəm. Qızı da süni mayalanma ilə edəcəyik. Çünki, cinsiyyətini seçmək kimi bir haqqımız var”.