Sosial şəbəkədə biz:

"Mətbuat günü jurnalistlərin evləri paylana bilər" - KİVDF sədri

12 April 2017, 15:52
Gündəm
"Jurnalistlər üçün inşa edilən binada evlərin paylanılması bu il üçün gözlənilir”. Bunu Publika.az-a açıqlamasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bildirib. V.Səfərli deyib ki, sözügedən evlərin jurnalistlərə paylanılması 22 iyul Milli Mətbuat Günü ərəfəsində ola bilər: "Evlərin verilməsi ilə bağlı tələb olunacaq sənədlərin toplanılması işinə isə elan veriləndən sonra başlanılacaq. Hələlik bu barədə konkret söhbət yoxdur”.