Sosial şəbəkədə biz:

Akif Təvəkküloğlu ilə bir qrup deputat arasında “AzTV gərginliyi” yaranıb

12 April 2017, 21:19
Gündəm
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu ilə bir qrup deputat arasında AzTv-də efir məsələsi ilə bağlı ciddi narazılıq yaranıb. Bir qrup deputat artıq məsələ ilə bağlı parlament rəhbərliyinə və AzTV rəhbərliyinə müraciət etməyə hazırlaşır. Buna səbəb parlamentin fəaliyyətinin AzTV-də işıqlandırılması zamanı deputatların efirə çıxmasının Akif Təvəkküloğlunun “senzurasın”dan keçməsidir. Narazı deputatlar iddia edir ki, Akif Təvəkküloğlunun istəmədiyi deputatların çıxışları və yaxud görüntüləri AzTV-də efirə verilməsi üçün material göndərilən zaman kəsilərək çıxarılır. Belə bir ayrı seçkiliyin salınması, dövlət kanalında deputatlara qarşı fərqli münasibətlərin olması artıq ciddi narazılıq yaradıb. (Ölkə.Az)