Sosial şəbəkədə biz:

Bakı-Quba yolunda avtobus aşdı: 4 yaralı - VİDEO

14 April 2017, 13:00
Gündəm
Bakı-Quba yolunun 173-cü km-də Ramin Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtobus yoldan çıxararaq aşıb. ARB TV xəbər verir ki, nəticədə 4 nəfər xəsarət alıb. Yaralılar Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Onlardan birinə ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib. Digər üç yaralı - Quba rayon sakinləri, 27 yaşlı Ürfan Həmidov, 28 yaşlı Eldar Qədimov, 45 yaşlı Hürriyyət Teyyubovanın vəziyyəti ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Fakt araşdırılır.