Sosial şəbəkədə biz:

İranın yeni prezidenti qadın ola bilər: Əzəm Taliqani kimdir?

14 April 2017, 16:40
Gündəm
İranda bir qadın prezidentliyə namizəd kimi qeydə alınıb. Ovqat.com xəbər verir ki, bu, İslami elmlər üzrə araşdırmaçı Əzəm Taliqanidir. Əzəm Taliqani İran İslam inqilabının rəhbərlərindən mərhum atətullah Mahmud Taliqaninin qızıdır. Şəkildə: Mahmud Taliqani Ayətullah Mahmud Taliqani İranda İslam inqilabının qələbəsindən 1 neçə ay sonra müəmmalı şəkildə dünyasını dəyişib. O, İranda hicabın qadınlara zorla qəbul etdirikməsinə, ölkədə prezident ola-ola dini lider postununun yaradılmasına qarşı çıxırdı.