Sosial şəbəkədə biz:

Vasif Talıbov Naxçıvanda yeni qurum yaratdı - SƏRƏNCAM

15 April 2017, 10:29
Gündəm
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov yeni dövlət qurumunun yaradılması barədə sərəncam imzalayıb. Azinforum.az xəbər verir ki, sərəncama əsasən əyar nəzarətinin təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət İdarəsi yaradılıb. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, yeni qurumun Əsasnaməsini təsdiq etsin, sərəncamdan irəli gələn məsələləri həll etsin.