Sosial şəbəkədə biz:

Bakıda avtobus terroru: 2 ölü, 12 yaralı

Bu gün Bakıda dəhşətli avtobus qəzası olub. Milli.Az-ın məlumatına görə, metronun "Xalqlar Dostluğu" stansiyasının yaxınlğında sərnişin avtobusu 7 maşını əzib, sonra isə dayanacağa çırpılıb. İlkin məlumata görə, 2 nəfər ölüb, 12 nəfər yaralanıb. Yaxınlıqdakı binalarda yaşayan sakinlərin virtualaz.org saytına verdiyi məlumata görə, qəza təxminən bir saat əvvəl baş verib. Əraziyə xeyli sayda təcili yardım maşını və yol polisi əməkdaşları cəlb olunub. Qəza üzündən yolda tıxac yaransa da sonradan yol açılıb. Səhiyyə Nazirliyindən  verilən məlumata görə, yaralıların 9-u xəstəxanaya yerləşdirilib. Əlavə məlumat veriləcək.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol