Sosial şəbəkədə biz:

Müdafiə naziri Zakir Həsənovun İrana səfəri başlayıb

15 April 2017, 18:10
Gündəm
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə İrana rəsmi səfəri başlayıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Səfər çərçivəsində İranın siyasi və hərbi rəhbərliyi ilə keçiriləcək bir sıra görüşlərdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır.