Sosial şəbəkədə biz:

Şəmkir-Gədəbəy yolunda qəza: 4 nəfər xəsarət aldı

16 April 2017, 18:52
Gündəm
Bu gün Şəmkir-Gədəbəy avtomobil yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA xəbər verir ki, qəza yolun 13-cü km-də qeydə alınıb. "Niva" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti orta-ağır, ikisinin vəziyyəti normal qiymətləndirilir. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.