Sosial şəbəkədə biz:

Avropa Parlamentindən şok referendum açıqlaması

16 April 2017, 23:54
Gündəm
Bu referendumun nəticələrindən sonra Türkiyə Avropa Birliyinə qatılmayacaq. Axar.az xəbər verir ki, bunu Avropa Parlamentinin Türkiyə üzrə xüsusi nümayəndəsi Kati Piri verdiyi açıqlamasında deyib. Piri referendumun nəticələrini üzücü adlandırıb: “Ədalətsiz bir seçki mühitində Türkiyə əhalisi az bir fərqlə Ərdoğana nəzarətsiz bir səlahiyyət verəcək”. AP rəsmisi Konstitusiya dəyişikliyinin qəbul ediləcəyi təqdirdə Avropa Birliyinin qapılarının Türkiyənin üzünə bağlanacağını bildirib.