Sosial şəbəkədə biz:

İmişlidə şok hadisə : Gəlin toy gecəsi sevdiyi oğlana qoşulub qaçdı

17 April 2017, 14:02
Gündəm
İmişlidə toyu olan gəlin toy gecəsi evdən qaçıb. Avropa.info-nun əldə etdiyi məlumata görə, aprelin 15-də İmişli şəhəri “Kral” şadlıq sarayında toy mərasimi keçirilən İmişli rayon Qaradonlu kənd sakini Samirə Əliyeva (ad şərtidir :red) toydan sonra evdən qaçıb. Gəlinin sevdiyi oğlanla bər abər qaçdığı bildirilir. Hadisədən sonra qızın atası İmişli Rayon Polis Şöbəsinə qızın evdən qaçması ilə bağlı yazılı şikayət ərizəsi verib. Hal-hazırda toyu günü evdən qaçan gəlinin yerinin müəyyən edilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktı İmişli polisi də təsdiqləyib.