Sosial şəbəkədə biz:

Sabah bu obyektlərə giriş pulsuz olacaq

17 April 2017, 22:43
Gündəm
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə açıq qapı günləri elan olunur. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 18 aprel 2017-ci il tarixində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün qoruq və muzeylərində açıq qapı günləri elan olunur. Bu səbəbdən sabah bütün qoruq və muzeylərə giriş pulsuz olacaq.