Sosial şəbəkədə biz:

Türkiyə müxalifəti referendumun nəticələrinin ləğvini tələb edir

18 April 2017, 14:32
Gündəm
Türkiyənin əsas müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyası (CHP) ölkədə aprelin 16-da keçirilmiş referendumun nəticələrinin ləğv edilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edəcək. Partiya sədrinin köməkçisi Bülent Tezcan bu gün yerli vaxtla saat 14:30-da referendumun nəticələrinin ləğvi ilə bağlı tələbnaməni komissiyaya təqdim edəcəyini deyib. CHP-nin ləğvlə bağlı tələbinin əsasında isə 2,5 milyon möhürsüz bülletenin etibarlı sayılması dayanır. Partiyadan bildirilib ki, ilk etapda nəticələr ləğv edilməsə, Ali Məhkəməyə və Avropa Məhkəməsinə müraciət edəcəklər.(lent.az)