Sosial şəbəkədə biz:

Azərbaycanlı hakim Ermənistan klubunun oyununda

Azərbaycanlı FİFA hakim-inspektoru Asim Xudiyev Ermənistanın "Alaşkert" klubunun Avropa Liqasının II təsnifat mərhələsində Qazaxıstan "Kayrat"ı ilə keçirəcəyi ilk oyuna təyinat alıb. Azinforum.az report-a istinadən xəbər verir ki, iyulun 16-da Almatıda baş tutacaq qarşılaşmada A.Xudiyev rusiyalı hakimlər briqadasının işini qiymətləndirəcək. Matçın baş hakimi Sergey İvanov, yan xətt hakimləri Vyaçeslav Semyonov və Valeri Dançenko, dördüncü hakim Kirill Levnikov olacaq. UEFA nümayəndəsi isə belaruslu Sergey İlyiçdir. Qeyd edək ki, "Kayrat" - "Alaşkert" matçı Bakı vaxtı ilə saat 19:45-də başlanacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol