Sosial şəbəkədə biz:

“Veysəloğlu” şirkəti qida məhsullarının qiymətini ucuzlaşdırdı

18 April 2017, 16:11
Gündəm
Son vaxtlarda manatın məzənnəsinin ABŞ dollarına nisbətən möhkəmlənməsini nəzərə alaraq "Veysəloğlu” şirkəti distribyuterlik etdiyi idxal mallarının qiymətinə yenidən baxmış və bir sıra ərzaq məhsullarının topdansatış qiymətini endirib. Bu barədə Azinforum.az-a bu barədə şirkətin İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib. Bildirilib ki, şirkət idxal etdiyi və topdansatışını həyata keçirdiyi duru qarğıdalı yağının qiymətini 7%-dək, şəkər tozunu 3%-dək, makaron məhsullarını 6%-dək, müxtəliv növ düyüləri 9%-dək, qarabaşağı 10%-dək, uşaq qidalarını isə 4%-dək ucuzlaşdırıb.