Sosial şəbəkədə biz:

Bakıda ağac "BMW"-nin üstünə aşdı - FOTOLAR

 

Bir neçə gündür əsən güclü külək paytaxın bir sıra yerlərində ciddi fəsadlar yaradıb.
Musavat.com-un verdiyi məlumata görə, küləyin əsməsi nəticəsində Bakının Nərimanov rayonu, Montin qəsəbəsi, İsmayıl Hidayətzadə küçəsində iri bir ağac qırılaraq, həyətdə dayanmış  "BMW" markalı 10 - SP - 528 dövlət nömrə nişanlı avtomobilin üzərinə düşüb.
Baş vermiş hadisə nəticəsində xəsarət alan olmasa da, "BMW" markalı avtomobilə ciddi ziyan dəyib.
Bundan başqa, qırılan ağac iki məhəllə arasındakı yolu da tamamilə bağlayıb.
Ərazidən çəkilmiş fotoları təqdim edirik:


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol