Sosial şəbəkədə biz:

Neft Fondu büdcəyə nə qədər pul ödəyib? - RƏQƏMLƏR

22 April 2017, 15:55
Gündəm
Bu ilin I rübündə 2017-ci il büdcəsinin icrası çərçivəsində Dövlət Neft Fondundan (DNF) 1 milyard 525 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Fins.az xəbər verir ki, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 27,8 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 8,5 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 1,3 milyon manat vəsait ayrılıb. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə isə 2 milyon manat yönəldilib.