Sosial şəbəkədə biz:

Rusiyalı müğənni Ukraynaya buraxılmadı - VİDEO

23 April 2017, 15:44
Gündəm
Rusiyalı müğənni Lolita Milyavskaya Ukrayna sərhədçiləri tərəfindən qatardan endirilərək ölkəyə buraxılmayıb. Bu barədə müğənni Facebook-dakı rəsmi səhifəsinə yerləşdirdiyi videomüraciətində məlumat verib. "Sizcə, mən hardayam? Mən Konotopdayam (Ukraynada şəhər – red.), səhər saat 4-də məni qatardan aşağı endirdilər, mən xəstələnmiş övladımı ziyarət edə bilmirəm, çünki mənim Ukraynaya girişimə qadağa qoyulub. Bax belə, dərhal başqa qatara keçirirlər", - deyə o bildirib. Milyavskaya əlavə edib ki, qadağa o, 2015-ci ildə Krıma getdiyi üçün tətbiq edilib.(“Report”)