Sosial şəbəkədə biz:

ATƏT-in avtomobili minaya düşüb - 1 nəfər ölüb

23 April 2017, 15:51
Gündəm
ATƏT-in monitorinq missiyasının avtomobili Ukraynanın separatçıların nəzarəti altında olan Luqansk vilayətində minaya düşüb. "Report" xəbər verir ki, bu barədə Ukraynanın Anti-Terror Əməliyyatları qərargahının mətbuat xidmətinə istinadən UNN məlumat yayıb. TASS-ın məlumatına görə, insident nəticəsində ATƏT-in monitorinq missiyasının bir əməkdaşı ölüb, digəri isə yaralanıb.