Sosial şəbəkədə biz:

Azərbaycanda Hərrac mərkəzi yaradıldı

23 April 2017, 19:10
Gündəm
Azərbaycanda bağlanmış bankların əmlakın satışını həyata keçirmək üçün Hərrac mərkəzi yaradılıb. Bu barədə Trend-ə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib. Onun sözlərinə görə, Mərkəz Assosiasiyanın nəzdində fəaliyyət göstərəcək. Qeyd edək ki, keçən il Azərbaycanda 11 bank bağlanıb - Qafqaz İnkişaf Bankı, United Credit Bank, Bank Standard, Zaminbank, Dekabank, Kredobank, Atrabank, Bank of Azerbaijan, Gandjabank, Texnikabank və Parabank.