Sosial şəbəkədə biz:

Britaniya “böyük beşlik”dən çıxacaq, yerini Hindistan tutacaq

23 April 2017, 21:58
Gündəm
Britaniya "böyük beşlik"dən çıxacaq, yerini Hindistan tutacaq. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, Böyük Britaniya 2022-ci ildə dünyanın "5 nəhəng iqtisadiyyatı" siyahısında yer almayacaq. Siyahını tərk edən Britaniyanı illik iqtisadi artım tempi 9,9 faiz olan Hindistan əvəzləyəcək. BVF-nin qənaətinə görə, Britaniyanın vəziyyətini Avropa Birliyindən çıxması da pisləşdirəcək. Xatırladaq ki, "Brexit" planı (Britaniyanın Avropa Birliyindən çıxması) gerçəkləşsə, rəsmi London Avropa Komissiyasının tələbi ilə 62 milyard dollar kompensassiya ödəməlidir(azadliq.info).