Sosial şəbəkədə biz:

İradə Gülməmmədovadan jurnalistə jest – "... icazə verilsin"

24 April 2017, 12:57
Gündəm
Məmur süründürməçiliyindən intihar həddinə çatan Rüfət Əhmədzadə nəhayət İradə Gülməmmədovanın qəbuluna düşə bilib. Xəbər verdiyimiz kimi, jurnalist Rüfət Əhmədzadə son bir ayda məmur süründürməçiliyindən, “get-gəl”lərdən şikayətlənmiş və bu günlərdə yazdığı “Facebook” statusunda özünü Abşeron RİH-in qarşısında yandıracağını bildirmişdi. Qanuni torpaq sahəsində ev tikintisinə icazə verilmədiyinə görə, intihar həddinə çatdığını, heç cür İ.Gülməmmədovanın qəbuluna buraxılmadığını deyən Rüfət Əhmədzadə aprelin 24-də Azinforum.az-la  yeni xəbər bölüşüb.     Foto - Rüfət Əhmədzadə Jurnalist bildirib: “Bu gün Abşeron RİH başçısı İradə Gülməmmədovanın qəbulunda oldum. İradə xanım bir-iki dəqiqə məni dinləyən kimi, sorğu-sualsız baş memar Akif Əliyevə tapşırdı ki, anamın adına olan torpaq sahəsində ev tikmək üçün icazə verilsin. Bir həftə sonra sənədimi alacağam, inşallah. Ogünkü intihar söhbətində emosiyalara qapılıb dostlarıma həyəcan verdiyimə görə, səmimi qəlbdən üzr istəyirəm. Gərginliyimi və düşdüyüm problemi qeyri-ciddi qəbul edənlərinsə canı sağolsun. Abşeron RİH-də başçının qəbuluna düşməyim üçün dəstək olan Seymur Qasımbəyliyə də minnətdaram”. R.Əhmədzadə mətbuatda bu problemə biganə qalmayan həmkarlara, xüsusilə də onun problemini daima diqqətdə saxlayan Azinforum.az saytına xüsusi təşəkkürünü bildirib. Rövşən Əli Azinforum.az