Sosial şəbəkədə biz:

Surət Hüseynovun keçmiş cangüdəni bıçaqlandı - Hollandiyada azərbaycanlılar arasında dava + VİDEO

24 April 2017, 15:52
Gündəm
Niderland Krallığında azərbaycanlılar arasında kütləvi dava düşüb. "Report"un məlumatına görə, hadisə krallığın Vestervoort şəhərində keçirilən toy mərasimində baş verib. Hadisə zamanıPolad Məmmədov adlı azərbaycanlı 5 bıçaq zərbəsi alıb. O, helikopter vasitəsi ilə qospitala çatdırılıb. Ürək nahiyəsindən bıçaqlanmış yaralının vəziyyətinin ağır olduğu bildirilir. Baş verən hadisə ilə bağlı bir nəfər saxlanılıb. Qeyd edək ki, P.Məmmədov Azərbaycanın keçmişbaş naziri Surət Hüseynovun cangüdəni olub.