Sosial şəbəkədə biz:

Qəzetdəki bir hərf səhvinə görə bütün redaksiya heyətini güllələdilər - ŞOK

25 April 2017, 10:32
Gündəm
Daşkənd şəhərində dərc olunan Özbəkistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin mətbu orqanı olan "Pravda Vostoka" qəzetinin 25 oktyabr 1944-cü il tarixli sayında hərf səhvi olub. Mətnin başlığında, Stalinin adının qarşısındakı "Qlavnokomanduyuşemu" (Baş komandan) sözündə ikinci hərf - "L" hərfi düşüb və "Qavnokomanduyuşemu" (Pox komandan) kimi yazılıb... Nəticədə SSRİ Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən redaksiyanın bütün əməkdaşları həbs olunublar və daha sonra da güllələniblər. Qəzetin çap edilmiş bütün nüsxələri köşklərdən və evlərdən tək-tək toplanaraq məhv edilib. SSRİ Daxili İşlər İdarəsinin (NKVD) əməkdaşlarının bütün cəhdlərinə baxmayaraq 25 oktyabr 1944-cü il tarixli "Pravda Vostoka" qəzetinin 6 nüsxəsini tapmaq mümkün olmayıb. Bu nüsxələr yalnız SSRİ-nin dağılmasından sonra üzə çıxıb və hazırda həmin nüsxələr qəzet kolleksiyonerlər tərəfindən satın alınaraq saxlanılır.