Sosial şəbəkədə biz:

Samuxda Telekommunikasiya İdarəsinin əməkdaşı dirəkdən yerə yıxılıb

29 April 2017, 18:04
Gündəm
Samux rayon Telekommunikasiya İdarəsinin əməkdaşı yıxılaraq xəsarət alıb. APA-nın xəbərinə görə, rayonun Qarayeri kənd sakini, 1984-cü il təvəllüdlü Ramiz Məmmədov iş başında olarkən telefon xətti dirəyindən yıxılıb. Xəsarət alan R.Məmmədov Gəncə şəhər Təcili və təxirəsalınmaz yardım xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.