Sosial şəbəkədə biz:

Egey dənizində balıqçılar 7 metrlik akula tutdular

29 April 2017, 20:05
Gündəm
Egey dənizinin qərb sahilində yerləşən Skopelos adasının yaxınlığında yunan balıqçılar 7 metrlik akula tutublar. Virtualaz.org “RİA Novosti”yə istinadən xəbər verir ki, Brusiannisov qardaşlarının tutduğu akulanın çəkisi 300 kiloqramdır. Onlar akulanın fotoşəkillərini yerli skopelos-news.blogspot.gr bloqunda paylaşıblar. Belə nəhəng akulanın Yunanıstan sahillərində nadir hallarda göründüyü bildirilir.