Sosial şəbəkədə biz:

İmişlidə avtomobil aşıb, ər və arvad yaralanıb

29 April 2017, 20:41
Gündəm
İmişlidə baş verən qəzada ər və arvad xəsarət alıb. “ Azinforum.az ” ın APA-ya istinadən məlumatına görə, saat 17.00 radələrində İmişli rayonunun Qaradonlu-Məzrəli yolunda avtomobilin aşması nəticəsində ər və arvad xəsarət alıb. İmişli sakinləri, avtomobilin sürücüsü 1939-cu il təvəllüdlü Nəsirov Ərzuman Əliş oğlu (kəllə-beyin travması) və onun həyat yoldaşı Nəsirova Tamilla Əliş qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon xəstəxanasına yerləşdirilib. Faktla bağlı İmişli polis şöbəsi tərəfindən araşdırma aparılır.