Sosial şəbəkədə biz:

Türkiyədə evlilik proqramları yasaqlandı

29 April 2017, 21:32
Gündəm
Türkiyə televiziyalarında efirə verilən evlilik proqramları yasaqlanıb. Bu barədə Tadio-Televizyon Üst Qurumu qərar verib. Qərar rəsmi qəzetdə açıqlanıb. Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, televiziyalarda nümayiş etdirilən evlilik prqramlarının gənc nəslin təlim-tərbiyəsinə mənfi təsiri barədə RTÜK-ə saysız-hesabsız şikayətlər daxil olub və bu uzun müddətdir ki, müzakirə olunurdu Onu da qeyd edək ki, Türkiyə mediasında bu cür verilişlərin qurama-düzməcə olduğu, iştirakçıların sadəcə, rol oynadığı barədə çoxlu tənqidi materiallar gedirdi.